Az | EN

Bolt-dan Sərnişinlərə Çağırış: Uyğunsuz Avtomobilləri Bildirin

Cəmil Hüseynzadə
20 Avqust 2024 11:23
578 baxış
Bolt-dan Sərnişinlərə Çağırış: Uyğunsuz Avtomobilləri Bildirin

Azərbaycanda yeni nəqliyyat qaydalarının tətbiqi ilə Bolt sürücülərin və sərnişinlərin prosesə uyğunlaşması və hər kəsin təhlükəsizliyinin təmin edilməsi üçün qətiyyətli addımlar atır.

Bolt-un Azərbaycanda fəaliyyəti hər yerdə olduğu kimi yerli qanunvericiliyə uyğundur. Bu ilin yazında sərnişindaşıma bazarını tənzimləyən yeni qaydalar qüvvəyə mindi. AYNA-nın qəbul etdiyi yeni qaydalara əsasən sərnişinlərin daşınması üçün istismar müddəti 15 ildən artıq olan avtomobillərin istifadəsi qadağandır. Bununla əlaqədar olaraq köhnə avtomobillər sistemdən çıxarılır. Təəssüf ki, yeni reqlamentin qəbulundan sonra sifariş üzrə gələn avtomobilin məlumatlarının tətbiqdə göstərilənlərlə uyğun gəlməməsi halları daha tez-tez baş verir.

Bolt belə hadisələrin qarşısını almaq və həm sürücülərin, həm də sərnişinlərin dəyişikliklərə uyğunlaşmasına kömək etmək üçün addımlar atır. Xidmətlərin keyfiyyətini və təhlükəsizliyini artırmaq məqsədilə şirkət sərnişinləri tətbiq vasitəsilə istənilən insidentləri qeydə almağa imkan verən dəstək xidməti ilə əlaqə saxlamağa dəvət edir. Buna görə də xidmət istifadəçilərindən nəqliyyat vasitələrinin uyğunsuzluğu halları barədə məlumat vermələrini xahiş edir və sürücü, marka, model, rəng və ya dövlət nömrə nişanı tətbiqdə göstərilən məlumatlara uyğun gəlmədikdə sərnişinlərin nəqliyyat vasitəsinə minməməli olduğunu vurğulayır. Bolt bu halda gedişlərin ləğv edilməsi və ya şikayət bildirilməsi ilə bağlı əlavə ödəniş tələb etmir. Hətta oxşar vəziyyətlə üzləşən və dəstək xidmətinə ünvana başqa avtomobil gəldiyini bildirən sərnişinlərə tətbiq vasitəsilə 50 %-ə qədər endirim nəzərdə tutulan promokodlar təklif edilir.

Bolt sürücüləri sertifikatlar almağa və treninqlərdən keçməyə dəvət edir. Şirkət hər zaman tərəfdaşlara lisenziya almaqda kömək etməyə hazırdır. Konsultasiya üçün sürücülər ofislərimizlə əlaqə saxlaya bilərlər: Bakı — Xocalı pr., 55; Bakı — S. Mehmandarov küç., 18; Bakı — H. Cavid pr., 78; Bakı — Xəqani Rüstəmov küç., 46C; Bakı Beynəlxalq Avtovağzal Kompleksi; Gəncə — Həsən Əliyev küç., 104; Sumqayıt — Sulh Plaza biznes mərkəzi; Şəki — Şəhriyar küç., 3. Bundan əlavə, Bolt mütəxəssisləri zəng və SMS vasitəsilə sürücülərlə əlaqə saxlayır, onlara müraciət etmək və lisenziya almaq üçün kömək göstərirlər.

Partnyor sürücülərə mütəmadi olaraq yeni qaydalara əməl etməyin zəruriliyi xatırladılır, lisenziya almağa əlavə motivasiya üçün isə Bolt xüsusi bonuslar təklif edir:

• Lisenziyanın alınmasına və təlimlərdə keçirilən vaxta görə 200 manat kompensasiya;

• Lisenziyanın alınması üçün 150 manat;

• Lisenziya alan hər bir sürücüyə avtoparklar üçün 230 manat.

Yeni tələblərə əməl etməyən sürücülər Bolt-dan sifariş qəbul edə bilməyəcəklər.

Bolt bütün istifadəçilərinə təhlükəsiz, etibarlı və keyfiyyətli xidmət göstərməyə çalışır. Platformada artıq təhlükəsizlik funksiyalarının genişləndirilmiş siyahısı təqdim edilir. Buraya sərnişinlərin sığortalanması; sürücü reytinqləri və müştəri ilə sürücünü ayırmağa imkan verən innovativ «Unmatching driver-rider» funksiyası (tərəflərdən biri digəri ilə gedişdən narazı qalarsa, platformada bir daha heç vaxt qarşılaşmırlar), SOS düyməsi, gedişlərin GPS-monitorinqi və digərləri. Həmçinin hər hansı anlaşılmazlıq və ya xoşagəlməz vəziyyət yaranarsa, şirkət 24 saat fəaliyyət göstərən və gediş zamanı yaranan bütün sual və problemləri operativ şəkildə həll edən Bolt dəstək xidməti ilə əlaqə saxlamağınızı tövsiyə edir.

— Bolt şirkətinin Azərbaycanda gediş sifarişi istiqaməti üzrə rəhbəri Naim Əzizov bildirir: “Biz mütəmadi olaraq sürücü partnyorlarımıza öz fəaliyyətlərini yeni reqlamentin tələblərinə uyğunlaşdırmaq zərurətini xatırladırıq və gedi. sifarişi operatoru olaraq tərəfdaşlarımıza lisenziya almağa kömək edir və tövsiyələr veririk. Biz hər bir gedişin yüksək təhlükəsizlik standartlarımıza cavab verməsini təmin etmək üçün ciddi tədbirlər görürük. Sərnişinlərimizə hər hansı bir hadisə baş verərsə, tətbiq vasitəsilə dəstək xidməti ilə əlaqə saxlamağı tövsiyə edirik. Sərnişinlərimizə və sürücü tərəfdaşlarımıza bu keçid dövründə əməkdaşlıqlarına və göstərdikləri anlayışa görə minnətdarıq”.

Həmçinin bu il Bolt seçilmiş avtoparklar üçün yeni elektrikli avtomobillər təqdim edərək yeni bir təşəbbüs irəli sürdü. Tətbiqdə 20-dən çox Leapmotor C11 markalı premium elektrikli avtomobil sifariş etmək mümkündür, Bolt-un Azərbaycandakı bazasında isə 300-ə yaxın sıfır karbon emissiyasına malik avtomobil mövcuddur.

Bolt şirkəti haqqında məlumat

Bolt şəhərdə nəqliyyat vasitəsilə hərəkəti daha əlçatan, təhlükəsiz və ekoloji cəhətdən təmiz etməyi hədəfləyən multi-tətbiqdir. Bolt-un xidmətlərindən Avropa və Afrikanın 45 ölkəsində (500-dən çox şəhərində) 150 milyon insanın istifadə edir. Multi-tətbiqdə avtomobil xidməti sifariş vermək, karşerinq, elektrikli skuterlərin və elektrikli velosipedlərin icarəsi, həmçinin ərzaq və ərzaq məhsullarının çatdırılması kimi bir sıra xidmətlər təqdim olunur. Hazırda dünya üzrə 3,5 milyondan çox sürücü və kuryer şirkətlə əməkdaşlıq edir.

Hazırda Bolt şirkəti Azərbaycanın on üç şəhərində səfər sifarişi xidmətini həyata keçirir: Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan, Lənkəran, Qəbələ, Şəmkir, Şəki, Şirvan, Yevlax, Quba, Masallı.

© copyright 2022 | tech.az | info@tech.az