Az | EN

“Bored Ape” NFT-si 400 min dollar ziyana səbəb oldu

Nigar Sultanli
NFT
08 Sentyabr 2025 13:03
59 baxış
“Bored Ape” NFT-si 400 min dollar ziyana səbəb oldu

Məşhur "Bored Ape" NFT-sinin sahibi, onu illər əvvəl aldığı qiymətdən dəfələrlə ucuz sataraq maliyyə itkisinə məruz qalıb.

Ryder Ripps sosial media hesabında, 425 min dollara aldığı "Bored Ape #3707" NFT-sini cəmi 37 min dollara satdığını açıqlayıb. Bu, təxminən 400 min dollarlıq itki deməkdir və sahibinə "sinəmdə açılan bir deşik" kimi hiss etdiyini söyləyib.

O, hekayəsini belə davam etdirir: Üç il əvvəl bu NFT-ni alanda bunun sadəcə bir "şəkil" deyil, "mədəniyyətə" və "internetin gələcəyinə bir bilet" olduğuna inanırdı. Lakin reallıq çox fərqli çıxdı. Son vaxtlar Nyu Cersi ştatında bir restoranda, solğun BAYC geyimlərində olan üç kişi ilə oturub heç kimə maraqlı olmayan bir oyuna baxdığı anı təsvir edir. Onun sözlərinə görə, həmin vaxtlardan birində o, "Meymun əl görüşü" etməyi təklif etsə də, heç kimin bunun nə olduğunu bilməməsi onun üçün hər şeyin bitdiyini göstərib.

Sahib, bu təcrübənin ona təkcə pul itirmədiyini, həm də illərini, ümidini itirdiyini bildirir. O, NFT-sini "mənə bir evə başa gələn sadəcə bir meymun şəkli" adlandırıb. Bu hekayə, NFT bazarında "icma" və "fayda" kimi anlayışların həmişə real dəyər daşımadığını bir daha sübut edir.

© copyright 2022 | tech.az | info@tech.az