Son zamanlar aparıcı kriptovalyuta Bitcoin-in (BTC) istifadə sahəsi sürətlə artmağa başlayıb. Belə ki, Braziliyanın aparıcı daşınmaz əmlak şirkətlərindən biri olan Gafisa Bitcoin-u (BTC) mənzil alışlarında ödəniş üsulu kimi qəbul edəcəyini açıqlayıb. Müştərilər artıq Bitcoin ilə mənzil alqı-satqısı üçün ödəniş edə biləcəklər.
Bundan əlavə, Gafisa aparıcı kriptovalyuta Bitcoin-i qəbul etmək üçün ictimaiyyətə açıq bir şirkətə çevriləcəyini də vurğulayıb. Bu addımla şirkət müştərilərinin Bitcoin istifadə edərək asanlıqla mənzil sahibi olmasını hədəfləyir. Ətraflı izah etmək üçün şirkət müştərilərdən ödəniş etməzdən əvvəl bir form doldurmağı tələb edir. Bu prosesdən sonra şirkət formun dərin təhlilini aparır.
Qeyd edək ki, Braziliya Mərkəzi Bankı kriptovalyutaları ödəniş forması kimi tanımasa da, ölkədə kriptovalyutalara maraq son dərəcə artıb.