Az | EN

Cantor, SoftBank və Tether 3 milyard dollarlıq kripto təşəbbüsü üçün tərəfdaşlıq edirlər

Nigar Sultanli
23 Aprel 2025 10:57
189 baxış
Cantor, SoftBank və Tether 3 milyard dollarlıq kripto təşəbbüsü üçün tərəfdaşlıq edirlər

Cantor Fitzgerald şirkətinin yeni rəhbəri Brendon Lutnick, SoftBank, Tether və Bitfinex şirkətləri ilə birlikdə təxminən 3 milyard dollar dəyərində bitcoin investisiyası üçün ortaq layihə qurmağa hazırlaşır.

Layihə çərçivəsində "Cantor Equity Partners" yeni investisiya qurumu yaradılacaq. Bu qurum isə 21 Capital adında yeni şirkətin formalaşdırılmasına vəsait ayıracaq. Mənbələr bildirir ki, bu layihəyə ayrılacaq bitcoin vəsaitlərinin bölüşdürülməsi belə planlaşdırılır: Tether təxminən 1.5 milyard dollar, SoftBank 900 milyon dollar, Bitfinex isə 600 milyon dollar dəyərində bitcoin yatıracaq.

Financial Times yazır ki, bu təşəbbüs rəsmi olaraq yaxın həftələrdə elan edilə bilər. Lakin razılaşma hələ tam təsdiqlənməyib və rəqəmlər dəyişə bilər.

Cantor Fitzgerald şirkətinin əvvəlki rəhbəri Hauard Lutnick bu yaxınlarda ABŞ-nin Ticarət Naziri vəzifəsinə təyin olunub. Onun yerinə oğlu Brendon Lutnick şirkətin sədri, digər oğlu Kayl Lutnick isə sədr müavini vəzifəsini icra edir.

Donald Tramp kriptovalyutaları dəstəklədiyini və onların ABŞ-nin maliyyə sisteminə müsbət təsir göstərə biləcəyini söyləyib. O, özünü "kripto prezidenti" adlandıraraq, bu sahənin ölkədə daha geniş şəkildə inkişaf etdirilməsini vəd edib.

Hazırda Cantor, SoftBank, Tether və Bitfinex bu mövzu ilə bağlı Reuters-in suallarına cavab verməyiblər.

© copyright 2022 | tech.az | info@tech.az