Az | EN

Caucasus Ventures daha 3 startapa investisiya edib

Cəmil Hüseynzadə
30 Sentyabr 2023 17:40
796 baxış
Caucasus Ventures daha 3 startapa investisiya edib

Azərbaycanın ilk vençur fondu Caucasus Ventures daha 3 startapa investisiya edib. Region ölkələrini də əhatə edən bu startaplardan biri Azərbaycan, biri Qazaxıstan, biri isə Gürcüstan startapıdır. Startaplar müxtəlif istiqamətlərdə fəaliyyət göstərirlər.

İnvestisiya edilən startaplar aşağıdakılardır.

Tripsome. Tripsome unikal əyləncə mərkəz və aktivliklərini bir platformada cəmləyir. Platforma vasitəsilə istifadəçi müxtəlif əyləncəli və maraqlı aktivlikləri tapa bilir.

Klipy. Klipy Gif kitabxanasıdır. Kitabxanada müxtəlif məşhur kino və məzmunların qısa gif-ləri var. 

Jobescape. Jobescape mürəkkəb tapşırıqları avtomatlaşdırır, vaxta qənaət edir və məhsuldarlığı artırır. Platforma vasitəsilə istifafəçilər yeni kurslardan, master klasslardan yararlana bilərlər.

İnvestisiyalar haqqında məlumat verilməsə də 50-150 min dollar arası olduğu ehtimal edilir. Bu investisiyalar ilə Caucasus Ventures portfoliosunu genişləndirərək startap sayını 6-ya çatdırdı.

© copyright 2022 | tech.az | info@tech.az