Caucasus Ventures Azərbaycanın ilk vençur kapital fondudur. Fond 2023-cü ilin əvvəlindən fəaliyyətə başlayıb. Dövlət, özəl və fərdi şəxslərin ortaqlığı ilə qurulub.
Caucasus Ventures-in kapitalı 11.3 milyon manatdır. Fonda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 5 milyon manat, “PAŞA Holdinq” Şirkətlər Qrupu 5 milyon manat və fərdi sahibkarlar isə 1.3 milyon manat yatırım ediblər. Fondun “General Partner”i Məmməd Kərimdir. Caucasus Ventures yatırım bilet həcmi 50-200 min dollardır.
Fond bu vaxta qədər 15 startapa yatırım edib. Fondun yatırım etdiyi startaplar Azərbaycan, Türkiyə, Qazaxstan, Gürcüstan və s ölkələrdən olan startaplardır. Caucasus Ventures əsasən Azərbaycanda ofis açmaq istəyən və ya Azərbaycana B2B satış etmək istəyən startaplara üstünlük verir.
2023-cü ildəki ümumi investisiya miqdarı 730 min dollar olduğu bildirilir.
Fond bu vaxta qədər 4 Azərbaycan startapına investisiya etsə də, digər yatırım olunan startapların təsisçiləri arasında da Azərbaycanlıları var.
Fond hazırda investisiyaları davam etdirir. Gözləntilərə görə bu ildən “Caucasus Ventures”ın kapitalı artırılacaqdır.