Caucasus Venture investisiyalar etməyə davam edir. İndi isə Caucasus Ventures yerli oyun studiyası Dynamic Box-a investisiya edib. İnvestisiyanın miqdarı açıqlanmayıb. Bununla da Caucasus Ventures portfolio startup sayını 10-a çatdırıb. İnvestisiya barəsində studiyanın rəhbəri Şahin Əliyev Tech.az Mediaya açıqlama verib:
“Dynamic Box hal-hazırda əsas olaraq 2 oyun üzərində işləyir: Project Tritium (multiplayer, RTS, mobile web3) və Project Tiny Ships (multiplayer, action/adventure, PC/next-gen console). Project Tiny Ships bu günə qədər ölkəmizdə hazırlanmış ən kompleks və ən iddialı layihədir.
İnvestisiyanı bir neçə istiqamət üzrə xərcləməyi planlayırıq:
1) Texniki avadanlığın yenilənməsi və artırılması
2) Daxili layihələrin hazırlanması
3) Beynəlxalq tədbirlərdə iştirak
Bu investisiya ilə “pre-seed” raundu bağladıq, hal-hazırda “seed round” üçün investisiya axtarışlarımız davam edir.”
Dynamic Box oyun studiyası Azərbaycanda qurulan oyun studiyasıdır və studiya bu vaxta qədər müxtəlif uğurlara imza atmışdır. Dynamic Box həmçinin oyun sektorunun inkişafı üçün müxtəlif tədbirlər və layihələr də keçirir.
Caucasus Ventures bununla da investisiya etdiyi startap sayını 10-a çatdırdı. Fondun kapitalını 11.3 milyon manat təşkil edir. Fonda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 5 milyon manat, “PAŞA Holdinq” Şirkətlər Qrupu 5 milyon manat və fərdi sahibkarlar isə 1.3 milyon manat yatırım ediblər. Caucasus Ventures-in “General Partner”i Məmməd Kərimdir.