Az | EN

Cənubi Koreya hökumətinin rəsmi YouTube kanalı sındırılıb

Bənövşə Kazımova
05 Sentyabr 2022 17:07
341 baxış
Cənubi Koreya hökumətinin rəsmi YouTube kanalı sındırılıb

Cənubi Koreyada maraqlı hadisə baş verib. Cənubi Koreya hökumətinə məxsus aktiv şəkildə istifadə edilən YouTube kanalı xakker hücumuna məruz qalıb. Kanalın adını “SpaceX Invest” olaraq dəyişdirən xakkerlər Elon Mask-ın kriptovalyuta ilə bağlı müsahibəsini paylaşıblar. Xakkerlərin niyə belə bir şey etdiyi anlaşılmayıb.

Məlumatlara görə, hücum 3 sentyabr şənbə günü baş verib. Hesabın giriş məlumatlarını əldə edən xakkerlər əvvəlcə kanalın adını dəyişib, daha sonra İlon Maskın Qətər İqtisadi Forumu tədbiri çərçivəsində Bloomberg-in əməkdaşı Con Mikletveyt-ə verdiyi müsahibəni paylaşıblar.

Onu da əlavə edək ki, Cənubi Koreya hökuməti YouTube kanalının sındırıldığını düz 3 saat sonra öyrənib. Bununla bağlı hərəkətə keçən səlahiyyətlilər hesaba nəzarəti bərpa ediblər. Xakkerlərin kimliyini isə müəyyən etmək mümkün olmayıb. Məsələ ilə bağlı hökumət hələ ki rəsmi açıqlama verməyib.

© copyright 2022 | tech.az | info@tech.az