Bu tərəfdaşlıq sayəsində ChatGPT istifadəçiləri artıq PayPal vasitəsilə dərhal və asanlıqla ödənişlərini həyata keçirə biləcəklər. Bu xəbərin yayılmasından sonra PayPal-ın səhmlərinin dəyəri bazar açılana qədərki ticarətdə 13% artım göstərib.
Bu əməkdaşlıq çərçivəsində PayPal özünün qlobal ticarət şəbəkəsini də OpenAI platformasına birləşdirəcək. Bu isə o deməkdir ki, istifadəçilər birbaşa ChatGPT daxilində alış-veriş edə biləcəklər.
Bu cür "Agentik Sİ" alış-veriş alətləri onlayn pərakəndə satışda növbəti böyük dəyişiklik olaraq qəbul edilir. Çünki Süni İntellekt sistemləri müstəqil şəkildə istifadəçilər üçün məhsulları araşdıra, qiymətləri müqayisə edə və hətta satınalmaları həyata keçirə biləcək. Bu alətlər istifadəçi seçimlərini anlayaraq, büdcələr təyin edərək, rəyləri qiymətləndirərək və qiymətləri izləyərək rəqəmsal köməkçi funksiyasını yerinə yetirir.
PayPal-ın baş icraçı direktoru Aleks Kris verdiyi açıqlamada, "OpenAI ilə tərəfdaşlıq və Agentik Ticarət Protokolunun tətbiqi ilə PayPal, ortaq müştərilərimizin sadəcə bir neçə toxunuşla çatdan ödənişə keçməsinə kömək edəcək ödəniş və ticarət təcrübələrini gücləndirəcək," deyə qeyd edib.
Qeyd edək ki, PayPal şirkəti sentyabrın 30-da bitən rübün maliyyə nəticələrini də məhz bu gün açıqlayacaq.
