Az | EN

Çin Apple-ın App Store Siyasətini Araşdırmağa Başlayır

Nigar Sultanli
06 Fevral 2025 10:31
193 baxış
Çin Apple-ın App Store Siyasətini Araşdırmağa Başlayır

Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi Apple-ın App Store siyasəti ilə bağlı monitorinq başlatmağa hazırlaşır. Bloomberg-in məlumatına əsasən, təhqiqatın səbəbi App Store-un tətbiqdaxili alış-verişlərdə 30%-ə qədər komissiya alması, xarici ödəniş xidmətlərindən istifadəni məhdudlaşdırması və digər tətbiq mağazalarına qoyulan məhdudiyyətlərdir.

Son dövrlərdə ABŞ-ın Çin mallarına 10% gömrük rüsumu tətbiq etməsindən sonra Çin Google-a qarşı araşdırma başlatmışdı. İndi isə Çin hökuməti Apple-ın da fəaliyyətini araşdırmaq niyyətindədir.

İddialara görə, Apple yerli tətbiq inkişafçılarından yüksək ödənişlər alır və alternativ ödəniş üsullarına məhdudiyyətlər qoymaqla həm rəqabətə, həm də istehlakçıların maraqlarına ziyan vurur. Əgər şirkət bu siyasətində dəyişiklik etməsə, Çin rəsmi yoxlama başlada bilər.

Bu xəbərin ictimaiyyətə yayılmasından sonra Apple-ın səhmləri ABŞ birjasında 2.6% dəyər itirib.

© copyright 2022 | tech.az | info@tech.az