Az | EN

Çinin təkrar istifadə edilə bilən kosmik gəmisi Yerə geri qayıdıb

Fidan Abbaszadə
09 May 2023 11:47
280 baxış
Çinin təkrar istifadə edilə bilən kosmik gəmisi Yerə geri qayıdıb

Çin 2022-ci ilin avqustunda təkrar istifadə edilə bilən eksperimental kosmik gəmisini kosmosa göndərmişdi. Kosmik gəmi 276 gün orbitdə qaldıqdan sonra Çinin şimalındakı Jiuquan Peyk Buraxılış Mərkəzinə eniş edib.

Uğurlu eniş Çin üçün təkrar istifadə edilə bilən kosmik gəmi texnologiyasında irəliyə doğru atılmış mühüm addım sayılır. 

Çindən gələn açıqlamalara görə, Pekinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus X-37B kimi kosmos təyyarəsi, illərlə orbitdə qala biləcək olan avtonom təyyarə hazırlayacağı düşünülür. Kosmik təyyarənin yeri və missiyası ilə bağlı detallar isə paylaşılmayıb.

Son zamanlar kosmosla bağlı araşdırmaların artdığını nəzərə alsaq, Çinin əldə etdiyi bu uğurun əhəmiyyəti böyükdür. Xüsusilə də, gələcəkdə kosmik missiyaların daha rahat və ucuz olması baxımından önəmli bir addım sayılır.

© copyright 2022 | tech.az | info@tech.az