ABŞ kriptovalyuta birjası Coinbase kriptovalyutalara vergi qanunu tətbiq edən Hindistanda xidmət göstərməyə başlayıb. Kriptovalyuta birjası Coinbase Hindistanla bağlı yeni planları ilə gündəmə gəlməyə davam edir. Coinbase Hindistanın texnoloji mərkəzi Bengaluruda keçirilən tədbirdə Hindistandakı istifadəçilərə kriptovalyuta ticarəti xidmətləri təklif etməyə başladığı barədə açıqlama verib. Müştərilər artıq kriptovalyutalarla ticarət edə biləcəklər. Açıqlamada Coinbase-in həmtəsisçisi və CEO-su Brian Armstrong bildirib ki, şirkətin Hindistana bu investisiyası uzunmüddətli olacaq. CEO həmçinin bildirib ki, aprelin 1-də qüvvəyə minən vergi qanunu səbəbindən ölkədə kriptovalyutalara həvəs azalıb, buna baxmayaraq bu həftənin sonuna qədər Hindistandakı texnologiya mərkəzində 1000 nəfəri işə götürüləcək.