Az | EN

Coinbase şirkətinə qarşı araşdırma başlayıb

Bənövşə Kazımova
27 İyul 2022 13:30
207 baxış
Coinbase şirkətinə qarşı araşdırma başlayıb

Qiymətli Kağızlar Komissiyası Coinbase şirkətinə qiymətli kağızlar hesab etdiyi kriptovalyutaları icazəsiz siyahıya aldığını iddia edərək araşdırma başladıb.

Mövzu ilə bağlı komissiya sədri Geri Gensler də 7 kriptovalyutanı qiymətli kağız olaraq qəbul etdiyini və kriptoların siyahıya alınmasında Coinbase-in qiymətli kağızlar birjası kimi fəaliyyət göstərmək üçün lisenziya alması lazım olduğunu bildirib. 

Onu da qeyd etmək lazımdır ki, Coinbase ümumilikdə 200 kriptovalyutanı siyahıya alıb və bütün mümkün kriptovalyutaları siyahıya salmağı hədəfləyir. 

© copyright 2022 | tech.az | info@tech.az