Az | EN

Cursor süni intellekt agentlərini idarə etmək üçün yeni veb tətbiq təqdim edib

Nigar Sultanli
03 İyul 2025 13:14
80 baxış
Cursor süni intellekt agentlərini idarə etmək üçün yeni veb tətbiq təqdim edib

Cursor şirkəti süni intellektlə çalışan proqramlaşdırma agentlərini idarə etmək üçün yeni veb tətbiqini istifadəyə verib

Cursor-un yaradıcısı Anysphere şirkəti istifadəçilərə brauzer vasitəsilə süni intellekt agentlərinə proqramlaşdırma tapşırıqları vermək və onları izləmək imkanı verən yeni veb tətbiqini təqdim edib. İstifadəçilər təbii dildə kod yazma, səhvləri düzəltmə kimi tapşırıqları agentlərə verə, onların işini izləyə və tamamlanmış kodları əsas layihəyə əlavə edə bilərlər.

Bu tətbiq həm kompüterdə, həm də mobil cihazlarda işləyir. Cursor-un müştəriləri arasında Nvidia, Uber və Adobe kimi böyük şirkətlər var və bu xidmət aylıq abunəlik sistemi ilə işləyir.

Yeni veb tətbiq yalnız ödənişli istifadəçilər üçün açıqdır, pulsuz istifadəçilər isə bu funksiyadan yararlana bilməz.

Cursor komandası süni intellekt agentlərinin işini diqqətlə test edərək, real işdə faydalı və etibarlı alət yaratmağa çalışır. Cursor-un CEO-su Maykl Truellin fikrincə, gələcəkdə süni intellekt agentləri proqramçıların işinin 20%-ni öz üzərinə götürə bilər.

Bu yenilik proqramlaşdırmada süni intellektin istifadəsini genişləndirir və iş prosesini daha sürətli, rahat edir.

© copyright 2022 | tech.az | info@tech.az