Əldə olunan məlumatlara görə, Inverse Finance platformasına kiber-hücum edilib və təxminən 15,6 milyon dollar oğurlanıb. Bundan kriptovalyuta investorları da zərər çəkib. Demək olar ki, edilən kiberhücumların əksəriyyəti məhz kriptovalyuta dünyasında baş verir. Bir anda kiberhücumçular platformalardan yüz milyonlarla dollar pul çəkirlər. Coinbase kimi böyük birjalarda siyahıya alınmış Inverse Finance borc vermə və borc götürməyə əsaslanan Ethereum platformasıdır. Qeyd edək ki, 15,6 milyon dollar itki ilə nəticələnən hücumdan sonra platformada bütün əməliyyatlar dayandırılıb və zərər çəkən hər bir investora pullarının geri qaytarılacağı açıqlanıb.