Rusiya kriptovalyutalarla ödənişləri qadağan edib. Putinin imzaladığı son qanun layihəsində ölkədə yalnız rubla icazə verilir.
Rusiya prezidenti Vladimir Putinin imzaladığı yeni qanun layihəsinə əsasən kripto pullarla edilən ödənişlərin qeyri-qanuni hesab ediləcəyi bildirilib. Putin həmçinin bəyan edib ki, Rusiya rublu ölkədə ödəniş üçün istifadə edilə bilən yeganə valyutadır.
Rusiya Federasiyasının yeganə rəsmi valyutasının rubl olduğunu ehtiva edən qanun layihəsi kriptovalyutayla ödənişi artıü mümkünsüz edib
Yeni layihəyə əsasən, Rusiya artıq rəqəmsal aktivlərə və rəqəmsal hüquqlara, xüsusən də NFT-yə maddi dəyərə malik aktivlər kimi yanaşmayacaq. Buna görə də rəqəmsal aktivlər mal və xidmətlər üçün ödəniş üsulu kimi istifadə edilə bilməz.
Məlumatlara görə, imzalanan yeni qanun layihəsi ölkə daxilində digər valyutaların da istifadəsinin qarşısını alıb. Beləliklə, Rusiya rublu ölkədə yeganə qəbul edilən valyuta kimi təsdiqlənib. Bunun da ən çox Rusiyadakı kriptovalyuta birjalarına təsir edəcəyi gözlənilir.