Az | EN

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verir

Nigar Sultanli
07 İyul 2025 12:47
2966 baxış
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verir

Daxili İşlər Nazirliyi (DİN) yüksək ixtisaslı və müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması məqsədilə yeni təqaüd proqramına start verib. Proqram çərçivəsində süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, Product Owner (məhsul sahibi), Linux əməliyyat sistemi, İT biznes analitikası (IT BA) və QA tester mühəndisliyi sahələri üzrə ümumilikdə 200 nəfərin təlimi nəzərdə tutulur.

Təqaüd proqramına seçilən iştirakçıların 4-8 ay davam edəcək təlimlərinin 60%-i Daxili İşlər Nazirliyi tərəfindən maliyyələşdiriləcək. Tədris prosesini uğurla başa vuran və Nazirliyin qəbul meyarlarına uyğun gələn şəxslərə DİN-də işə qəbul olunmaq imkanı yaradılacaq.

Layihənin məqsədi müasir texnologiyalar sahəsində peşəkar yerli mütəxəssislərin yetişdirilməsi və DİN-in kadr potensialının gücləndirilməsidir.

Daxili İşlər Nazirliyi yüksək texnologiyalar və innovativ sahələrdə xidmət göstərmək arzusunda olan gəncləri bu təqaüd proqramına qoşulmağa dəvət edir.

Əlaqə və qeydiyyat üçün:

Telefon:
+99410 333 23 24
+99410 333 23 26

E-mail: [email protected]
Web: www.idtech.edu.az
Qeydiyyat linki: https://forms.gle/p9qkMr7G95iyqAPQ6

© copyright 2022 | tech.az | info@tech.az