Az | EN

Diqqət! “Umico Market” adından dələduzluq edilir

Cəmil Hüseynzadə
28 Mart 2024 12:38
1006 baxış
Diqqət! “Umico Market” adından dələduzluq edilir

Umico Market adından saxta mesajlar göndərilərək dələduzluğa cəhd edilir. Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb və əhalini diqqətli olmağa çağırıb. Yayılan məlumatda bilirilir:

Kiberdələduzlar tərəfindən “Competo” MMC-nin innovativ alış-veriş platforması olan “Umico Market”in adından saxta kampaniyalar həyata keçirilir. Belə ki, ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara mesajlar göndərilərək həvəsləndirici vədlər təklif edilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

© copyright 2022 | tech.az | info@tech.az