Az | EN

Disklər tarixə qovuşur: Sony istehsalı dayandırır

Cəmil Hüseynzadə
27 Yanvar 2025 10:45
535 baxış
Disklər tarixə qovuşur: Sony istehsalı dayandırır

Sony fevral ayında Blu-ray disklərinin istehsalını dayandıracağını açıqlayıb.

Bu, Blu-ray optik disklərinin dövrünün sonu deməkdir. Sony artıq keçən il istehlakçılar üçün Blu-ray disklərinin istehsalını dayandırmışdı, lakin kommersiya müştəriləri üçün istehsalı davam etdirirdi. İndi isə tamamilə istehsalı dayandırmaq qərarına gəlib.

Blu-ray disklərinin istehsalından imtina gözləniləndir, çünki axın (streaming) xidmətlərinin üstünlük təşkil etdiyi bir dövrdə istifadəçilər məzmunu onlayn izləməyə üstünlük verirlər. Bundan əlavə, Sony, PlayStation 5 Pro oyun konsolunu optik sürücü ilə təchiz etməyib, lakin PS 5 Slim üçün xarici sürücü dəstəyini saxlayıb.

Blu-ray diskləri rəsmi olaraq 2006-cı ildə bazara çıxıb. O zaman bazarda onların rəqibi Toshiba şirkətinin HD DVD diskləri idi. Lakin Sony film istehsalçıları ilə müqavilə bağlamaqla və PS 3 konsoluna Blu-ray sürücü əlavə etməklə Toshiba-nı üstələməyi bacardı.

© copyright 2022 | tech.az | info@tech.az