Az | EN

Dünyanın ən böyük pilotsuz dron helikopterinin istehsalına başlanılır

Nail Valiyev
11 Dekabr 2023 10:36
997 baxış
Dünyanın ən böyük pilotsuz dron helikopterinin istehsalına başlanılır

Rotor Technologies şirkəti R550X adlı pilotsuz dron helikopterinin istehsalına başlayır. Bu avtonom şaquli qalxma və eniş (VTOL) təyyarəsi 550 kq-a qədər yük daşımaq, saatda 241 km sürətlə 3 saat uça bilmə gücünə malikdir.

R550X gecə və məhdud görünmə şəraitində uça bilən ən böyük ekipajsız mülki vertolyot kimi təqdim edilir. Güclü avtonom sistemlərə malik olan bu dron müxtəlif vəzifələr üçün nəzərdə tutulmuş helikopter kimi diqqət çəkir. Şirkət əvvəlcə ondan məhsul çiləmə və kənd təsərrüfatı sənayesi üçün istifadə etməyi hədəfləyir, lakin o, həm də yüklərin çatdırılması, yanğınsöndürmə missiyaları və digər quruda çatdırılma missiyaları üçün istifadə edilə bilər. Rotor bu təyyarələrin sınaq uçuşlarına başlamaq üçün Xüsusi Uçuşa Yararlılıq Sertifikatı almağı planlaşdırır və 2024-cü ildə kommersiya fəaliyyətinə başlamağı hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az