Telegram-ın qurucusu Pavel Durov 24 avqust tarixində Bakıdan Parisə gedərkən Parisdə “Le Bourget” hava limanında saxlanılıb. Verilən məlumata görə şəxsi təyyarəsi ilə səyahət edən Pavel Durov həbs edilərkən yanında bir xanım və bir mühafizə əməkdaşı olub.
Onun yanındakı xanım sevgilisi Yuliya Vavilova olub. Yuliya Vavilova oyun həvəskarı və Twitch yayımçısıdır. Bununla yanaşı o, kriptovalyuta ilə məşğul olur və ispan və ərəb dillərində kurslar satır. Hazırda 24 yaşlı yayımçı haqqında mətbuada müxtəlif iddihamlar yazılır. Bəziləri onun Pavel Durovun həbsində rolu olduğunu bildirirlər.
Hadisədən sonra Vavilova bu həftə üçün bütün Twitch yayımlarını ləğv ediv və statusunu "tətildə" olaraq qeyd edib. Növbəti yayımın sentyabrın 1-də olacağını qeyd edib.
Pavel Durov onunla birlikdə bir əvvəl Qazaxıstana səyahət etmişdi. Avqust ayında isə onun Azərbaycana səyahət etməsi haqqında məlumat yayımlanmışdı. O Azərbaycana səfəri zamanı Yuliya Vavilova ilə birlikdə olub. Yuliya Vavilova isə səfərindən bir çox məlumatları öz sosial media hesabında yayımlayıb. Güman edilir ki, onlar Bakıya yanaşı bir sıra digər şəhərlərə də səyahət ediblər. Görüntüləri buradan izləyə bilərsiz.
Onların Azərbaycana səfəri haqqında heç bir məlumat yayımlanmayıb. Mütün məlumatları sosial media hesabından Yuliya Vavilova paylaşıb.
Pavel Durovun həbsindən sonra isə o heç bir açıqlama verməyib. Hətta ailəsi ilə belə əlaqə saxlamayıb. 2 ildir Dubaya köçüb orda yaşayan yayımçı sosial mediadan aktiv istifadə edir.