Az | EN

eGov-a kiberhücum olunub - RƏSMİ AÇIQLAMA

Cəmil Hüseynzadə
15 Sentyabr 2022 19:12
490 baxış
eGov-a kiberhücum olunub - RƏSMİ AÇIQLAMA

Mənzil İnşaatı Dövlət Agentliyinin bu gün keçirdiyi mənzil satışı zamanı ciddi problem yaşanıb. Mənzil sahibi olmaq istəyən şəxslər satış prosesi başlayarkən “ASAN Login” sisteminə giriş edə bilməyiblər. Problem uzun müddət davam etdiyi üçün bu günkü satış ləğv edilib. 

Məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə məlumat yayıb. Məlumatda bildirilir ki, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılmış ilkin araşdırmalar zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə ölkə hüdudlarından xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan istifadə edilməklə iri həcmli kiberhücumun olduğu aşkar edilmişdir. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü (İctimai əhəmiyyətli infrastruktur obyektlərinin kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə) maddəsi ilə cinayət işi başlanılmaqla istintaq və əməliyyat-texniki tədbirlər həyata keçirilir.”

© copyright 2022 | tech.az | info@tech.az