İlk dəfə 2020-ci ildə MINI Cooper SE modeli ilə elektrikli avtomobil bazarına girən ingilis şirkəti yaxın zamanda yeni modelini təqdim edəcək. MINI elektriklə işləyən Cooper-in xüsusiyyətlərini və kamuflyaj şəkillərini paylaşıb.
Birinci versiya olan MINI Cooper E-nin 40,7 kVt/saatlıq akkumulyatoru ilə 300 kilometr məsafə qət edə biləcəyi və bir elektrik mühərrikinin olacağı bildirilib. Elektrik mühərriki 181 at gücünə malik olacaq.
Digər tərəfdən, ikinci veriya olan MINI Cooper SE isə 54,2 kVt/saat tutumlu akkumulyatoru ilə 400 kilometrə qədər məsafə qət edə bilir . Bu modeldə də eyni mühərrikdən istifadə edilib. Məlum olduğu kimi, MINI Cooper SE-nin ilk versiyası cəmi 233 kilometr məsafə qət edə bilirdi.
Cooper ilə yanaşı, MINI daha iki elektrikli modelin istehsalını də planlaşdırır. Bu modellərdən birincisi bu il istehsalına başlanacağı gözlənilən Countryman olacaq. Digərinin isə, Aceman adlanan model olması gözlənilir.