Az | EN

Emin Ağalarov kripto bazarının “Elon Musk”ı ilə görüşüb: “Tezliklə bəzi gözəl kripto xəbərləri olacaq”

Cəmil Hüseynzadə
05 Mart 2024 10:45
668 baxış
Emin Ağalarov kripto bazarının “Elon Musk”ı ilə görüşüb: “Tezliklə bəzi gözəl kripto xəbərləri olacaq”


Azərbaycanlı iş adamı, musiqiçi Emin Ağalarov kripto dünyasına marağı ilə də tanınır. Daha öncəki açıqlamalarında, o, “Pandemiya dövründə yeganə gəlir gətirən biznesim kriptovalyuta mayninqi olub.” sözlərini bildirmişdi. Həmçinin qonorarı bitcoin ilə qəbul etdiyini də bildirmişdi.

Emin Ağalarov Instagramda Jihan Wu ilə şəklini paylaşıb. Görünür ki, onlar Bakıda Seabreeze Resortda görüşüblər. Açıqlamada isə “Mənim heyrətamiz dostum Jihan Vu, dünyanın ən böyük mayninqçisi, kripto bazarının Elon Maskı! Azərbaycanda növbəti görüş Seabreeze Resort Bakuda və tezliklə bəzi gözəl kripto xəbərləri olacaq.” sözlərini qeyd edib.

Bəzi sosial şəbəkə istifadəçilərinin bəziləri hesab ediblər ki, Seabreeze Resortda ödənişlər bitcoin ilə qəbul ediləcək.

© copyright 2022 | tech.az | info@tech.az