Təxminən bir ay əvvəl nağdlaşdırma əməliyyatlarını donduran və idarə heyətini dəyişən kriptovalyuta şirkəti Celsius Network iflas üçün müraciət etdiyini açıqlayıb. Şirkət həmçinin 100.000-dən çox kreditoru olduğunu və bu addımın sabitlik üçün zəruri olduğunu qeyd edib.
Nyu Cersidə yerləşən şirkətin öhdəliklərinin 1 milyard və 10 milyard dollar arasında olduğu təxmin edilir. Keçən il isə şirkətin dəyəri 3,25 milyard dollar idi.
Məlumat üçün bildirək ki, 25 milyard dollarlıq aktivi idarə edən şirkət nağdlaşdırma əməliyyatlarını dayandırdıqdan sonra aktivlərinin yarıdan çoxunu itirib. Verilən məlumata görə, şirkətin ən böyük kreditorları 20 milyon ilə 80 milyon dollar arasında olan aktivlərə sahibdirlər. Celsius bütün müştərilərin pulunun ödəniləcəyini bildirsə də, müflisləşmə prosesində nəticələr gözlənilməz ola bilər.