Az | EN

Esprossolab-dan gözlənilməz yenilik: Kafedə tanışlıq imkanı yaradan tətbiq təqdim edildi

Cəmil Hüseynzadə
11 İyul 2025 11:45
112 baxış
Esprossolab-dan gözlənilməz yenilik: Kafedə tanışlıq imkanı yaradan tətbiq təqdim edildi

Türkiyədə bir müddət əvvəl boykotla gündəmə gələn Esprossolab mobil tətbiqini yeniləyərək yeni – və olduqca maraqlı – bir funksiyanı istifadəyə verib.

Yeni funksiyanın adı EslabFinder-dir və məqsədi eyni Esprossolab məkanında olan şəxsləri bir-biri ilə tanış etməkdir. Bu texnoloji yenilik sayəsində artıq insanlar qəhvə içə-içə yeni tanışlıqlar qura, ortaq maraqları olan şəxslərlə asanlıqla əlaqə yarada biləcəklər.

Sosial şəbəkələrdə geniş marağa səbəb olan bu yenilik, Esprossolab-ın əvvəlki imicini dəyişmək və brendi daha cəlbedici hala gətirmək üçün atdığı strateji addım kimi qiymətləndirilir.

Qeyd edək ki, Esprossolab bir müddət əvvəl müxtəlif səbəblərlə Türkiyədə boykot olunmuşdu. Lakin bu cəsarətli texnoloji yenilik markanın diqqətləri yenidən özünə çəkməsinə səbəb olub.

© copyright 2022 | tech.az | info@tech.az