Son zamanlar xakker hücumuna məruz qalan şirkətlər sırasına “Meta” da əlavə olunub. Belə ki, şirkətin Facebook sosial şəbəkəsinin istifadəçilərinin məlumatları oğurlanıb. Meta Facebook sosial şəbəkəsinin istifadə edən təxminən 1 milyon istifadəçinin şəxsi məlumatlarının sızdırıldığını təsdiqləyib.
Məsələ ilə bağlı şirkətin təhlükəsizlik komandası verdiyi açıqlamada istifadəçilərin giriş məlumatlarının zərərli mobil proqramlara ötürüldüyünü və xakkerlərin həmin istifadəçilərin hesablarını sındıra və oğurlaya bildiklərini qeyd edib.
400-dən çox mobil proqram təhlükə mənbəyinə çevrilib, onlardan 355-i Android mobil ƏS-li smartfonlara, daha 47-si iOS, yəni iPhone smartfonlarına yükləmək üçün təklif olunub. Ekspertlərin fikrincə, istifadəçilərə Facebookdan loqin və paroldan istifadə etməklə avtorizasiya (Hər hansı şəxsə və ya şəxslər qrupuna müəyyən fəaliyyətin həyata keçirilməsi üçün verilən hüquq) təklif edilib, bundan sonra da təcavüzkarlar məlumatları əldə edə biliblər.