Az | EN

FBI bu xaker qrupuna kiber-hücum edib

Bənövşə Kazımova
28 Yanvar 2023 10:18
880 baxış
FBI bu xaker qrupuna kiber-hücum edib

FTB Almaniya və Hollandiya ilə əməkdaşlıq çərçivəsində dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərən Hive xaker qrupuna kiber-hücum edib. Hive-in serverlərinə sızdıqlarını ifadə edən səlahiyyətlilər təxminən 130 milyon dollarlıq şifrəli məlumatı bərpa etdiklərini açıqlayıb.

Baş prokurorun müavini Lisa Monako mətbuat konfransında müvafiq açarların ransomware qurbanlarına qaytarıldığını açıqlayaraq, “Sadə dillə desək, hüquqi vasitələrdən istifadə edərək xakerləri sındırdıq”, - deyə bildirib.

Hive-ın ən yaxşı 5 ransomware qruplarından biri olduğunu vurğulayan Monako həmçinin açıqlamasında "Hive-ın vəziyyətini dəyişdirdik və onların iş modelini pozduq. Biz aşkar etdik ki, Hive 2021-ci ilin iyun ayından bəri qurbanlarından 100 milyon dollardan çox fidyə ödənişi alıb.”, - deyə qeyd edib.

Məlumata görə, həmin xaker qrupu digər xakerlərə də ransomware satır. Bundan əlavə, ödəniş etməkdən imtina edən qurbanların məlumatlarını HiveLeaks adlı saytda dərc edən qrup autentifikasiya boşluqlarından istifadə edərək serverləri sındırır.

Əlavə olaraq bildirək ki, Hive 2021-ci ildə bir Apple təchizatçısından MacBook sxemlərinin sızdıran REvil-dən sonra ABŞ orqanı tərəfindən sındırılan ən böyük ransomware qrupu olub. FTB direktoru Kristofer Wray qeyd edib ki, müəyyən edilmiş qurbanların yalnız 20 faizi yardım üçün FTB-yə müraciət edib.

© copyright 2022 | tech.az | info@tech.az