Ekoloji qruplar SpaceX-in Starship raketinin partlayışınının ətraf mühitə verdiyi ziyana görə Federal Aviasiya Administrasiyasını məhkəməyə veriblər. Onlar iddia ediblər ki, FAA qəzanın ətraf mühitə verə biləcəyi potensial zərəri adekvat şəkildə araşdırmayıb.
Bazar ertəsi Vaşinqtonda federal məhkəmədə qaldırılan iddiada FAA-nın "federal ekoloji qanuna riayət etmədən, Space X-in roketi buraxması prosesinin ətraf mühitə və cəmiyyətə göstərə biləcəyi təsirlər, o cümlədən ətraf mühitin məhv edilməsi ehtimalını tam təhlil etmədən" buraxılışa icazə verməsi iddia edilib.
İddiada həmçinin bildirilib ki, roketin buraxılış yerinin ətrafındakı ərazi nəsli kəsilməkdə olan növlər üçün vacib yaşayış yeridir.
Bioloji Müxtəliflik Mərkəzinin baş hüquqşünası Ceyrd Marqolis verdiyi açıqlamada, "Kosmos uçuşlarının baş verdiyi bu müasir dövrdə, Yerdəki həyatı qorumaq da çox vacibdir" deyə bildirib.
FAA məhkəmə prosesi ilə bağlı məlumat verməkdən imtina edib.