Az | EN

“GitHub”da Kriptovalyuta Kibercinayətkarlığı Aşkar Edilib

Nigar Sultanli
24 Fevral 2025 16:00
117 baxış
“GitHub”da Kriptovalyuta Kibercinayətkarlığı Aşkar Edilib

Kibercinayətkarlar zərərli proqramları açıq mənbəli layihələr kimi təqdim edərək istifadəçiləri aldatmağa çalışırlar. Bu proqramlar əsasən Telegram botları şəklində olur və kriptovalyuta cüzdanlarının idarə olunması, Instagram hesablarının idarə edilməsi və ya Valorant oyunu üçün hiylə tətbiqləri (çitlər) kimi maskalanır.

Kaspersky GReAT təhlükəsizlik tədqiqatçıları bildiriblər ki, bu zərərli proqramların əsas məqsədi istifadəçilərin məlumatlarını və kriptovalyutalarını oğurlamaqdır. Belə proqramlar arasında "klipperlər" xüsusilə təhlükəlidir, çünki onlar cüzdan ünvanlarını avtomatik olaraq kibercinayətkarların ünvanları ilə əvəz edə bilir. Bu üsulla artıq təxminən 485 min dollar dəyərində vəsait oğurlanıb.

Mütəxəssislər istifadəçilərə yalnız rəsmi tətbiq saytlarından proqram yükləməyi və cihazlarını zərərli proqramlardan qorumaq üçün müasir təhlükəsizlik tədbirləri görməyi tövsiyə edirlər.

© copyright 2022 | tech.az | info@tech.az