Az | EN

“Google” Azərbaycanda bazar payını əhəmiyyətli dərəcədə itirib

Nigar Sultanli
02 Sentyabr 2025 13:11
43 baxış
“Google” Azərbaycanda bazar payını əhəmiyyətli dərəcədə itirib

“Google” Azərbaycanda bazar payını əhəmiyyətli dərəcədə itirib. Son bir ildə şirkətin axtarış mühərriki üzrə mövqeyi zəifləyib və payı 8 faizdən çox azalıb.

Rəsmi statistikaya görə, 2024-cü ilin avqustunda “Google”un bazar payı 89,8 faiz təşkil edirdisə, ilin sonunda bu göstərici 84,75 faizə enib. 2025-ci ilin iyununda isə şirkətin payı 79,81 faizə qədər azalıb.

Mütəxəssislər qeyd edirlər ki, alternativ axtarış sistemlərinə marağın artması və yeni rəqəmsal trendlər “Google”un mövqelərinə təsir göstərib. Bununla belə, şirkət hələ də ölkə bazarında lider mövqeyini qoruyur.

Beləliklə, “Google” Azərbaycanda son illər ərzində bazar payını 10 faizə yaxın itirsə də, rəqiblərinə baxmayaraq, hələ də istifadəçilərin əsas seçimi olaraq qalır.

© copyright 2022 | tech.az | info@tech.az