Az | EN

 Google Chrome-da kilid işarəsini və funksiyaları dəyişəcək 

Arzu Hüseynquliyeva
04 May 2023 16:21
271 baxış
 Google Chrome-da kilid işarəsini və funksiyaları dəyişəcək 

Google Chrome-da kilid işarəsi dəyişir. Bu ikona kilid işarəsindən çox daha funksional struktura malik olacaq.

İstifadəçilər daxil olduqları vebsaytlarda kilid işarəsini görəndə sayta qoşulmalarının təhlükəsiz olduğuna əmin ola bilərlər. Başqa sözlə, sözügedən sayt Google tərəfindən skan edilmiş və kredit kartı məlumatları və ya parollar kimi həssas məlumatların sızması təhlükəsinin olmadığı müəyyən edilmişdir. Siz həmçinin buradan saytla bağlı parametrlərə daxil ola bilərsiniz. 

Onu da əlavə edək ki, hazırlanma mərhələsində olan yeni funksiya bir toxunuşla məkanı, mikrofonu və hərəkət sensorlarını izləməyə imkan verəcək. Bundan əlavə, əlaqə təhlükəsizliyi, sayt parametrləri və kukilər haqqında təfərrüatlar da yeni ikonada yer alacaq. Bu, açılan menyunun funksionallığını artıracaq.

© copyright 2022 | tech.az | info@tech.az