Az | EN

Google disk məlumatların itirilməsi problemi ilə bağlı araşdırmaya başlayıb

Səbinə Eyvazova
28 Noyabr 2023 15:30
197 baxış
Google disk məlumatların itirilməsi problemi ilə bağlı araşdırmaya başlayıb

Ötən günlərdə Google Disk istifadəçiləri fayllarının anidən buluddan yoxa çıxdığını qeyd ediblər. Bugün Google problemin masaüstü proqramdan qaynaqlandığını təsdiqləyib və araşdırmaya başlayıb. 

İstifadəçilərin aylarla, hətta illərlə olan məlumatlarının itməsinə səbəb olan bu problem Google Drive-ın masaüstü tətbiqindəki səhvdən qaynaqlanır. Google problemin məhdud sayda istifadəçiyə təsir etdiyini bildirir və problemli versiyaların 84.0.0.0 ilə 84.0.4.0 arasında olduğunu bildirir. Lakin problemin səbəbi hələ də bəlli deyil və onun aradan qaldırılması üçün vaxt çərçivəsi müəyyən edilməyib.

Bu prosesdə Google istifadəçilərə diqqətli olmağı və Google hesablarını masaüstü proqramdan ayırmamağı və ya müəyyən qovluqlardakı məlumatları silməməyi tövsiyə edir. Hazırda problemin necə həll ediləcəyi və itirilmiş məlumatların bərpa oluna biləcəyi barədə dəqiq məlumat olmasa da, Google istifadəçilərə bu prosesdə faylların ehtiyat nüsxəsini çıxarmağı tövsiyə edir.

© copyright 2022 | tech.az | info@tech.az