Google Cloud Armor tarixdə ən böyük DDoS hücumuna məruz qalıb. Xakkerlər Google Cloud-a hücum edərək saniyədə 46 milyon sorğu göndəriblər. Bu cəhdin 69 dəqiqə çəkdiyi, lakin Google tərəfindən bloklandığı bildirilib.
İyunun 1-də səhər saatlarında başlayan DDoS hücumu ilə ilkin olaraq Cloud Armor serverinə 10.000 sorğu göndərilib. Hətta hücum ilk on dəqiqə ərzində 100.000 sorğu, sonra isə saniyədə 46 milyon sorğu ilə rekord səviyyəyə çatıb.
Onu da bildirək ki, 69 dəqiqə davam edən hücumun detalları və səbəbi hələlik müəyyən edilməyib. Daha əvvəl isə Şərqi Avropada bir şirkətin rekord sayda DDoS hücumuna məruz qalmışdı. Bundan əlavə, iyul ayı boyunca davam edən hücumların iyulun 21-də pik həddə çatıb.