Az | EN

“Google” monopoliyaya son qoymaq üçün “Chrome”u sata bilər

Röya Yusifbəyli
21 Noyabr 2024 17:20
147 baxış
“Google” monopoliyaya son qoymaq üçün “Chrome”u sata bilər

ABŞ Ədliyyə Departamenti çərşənbə günü “Google”un onlayn axtarış bazarında qanunsuz inhisarını aradan qaldırmaq üçün "Chrome" brauzerini satmalı olduğunu irəli sürüb. Bu təklif Vaşinqtonun Kolumbiya dairəsində yerləşən ABŞ rayon məhkəməsinə təqdim edilmiş sənəddə qeyd olunub. Əgər “DOJ”-un təklifi qəbul olunarsa, “Google” beş il müddətində axtarış bazarına yenidən daxil ola bilməyəcək.

"Google”un yekun cəzası ilə bağlı qərar rayon məhkəməsinin hakimi Amit Mehtaya aid olacaq. Bu qərar dünyanın ən böyük şirkətlərindən birinin fəaliyyətini və internetin mövcud strukturunu ciddi şəkildə dəyişdirə bilər. Məhkəmənin növbəti mərhələsinin 2025-ci ildə başlayacağı gözlənilir.

Hakim Mehta avqust ayında “Google”un axtarış biznesindəki gücündən sui-istifadə edərək qanunsuz inhisar yaratdığına dair qərar çıxarıb. O, həmçinin “Google”un internetin müxtəlif giriş nöqtələrinə nəzarətini və axtarış sistemi olaraq tək rəqib kimi qalmaq üçün üçüncü tərəflərə etdiyi ödənişləri tənqid edib.

© copyright 2022 | tech.az | info@tech.az