Bu gün səhər saatlarında Chrome, YouTube, Gmail və Google Drive daxil olmaqla, bütün Google xidmətləri əlçatmaz olub. Səhər saat 10:15-də başlayan kəsinti Google-ın rəsmi hesabat saytı tərəfindən də təsdiqlənib.
Kəsintidən ən çox təsirlənən ölkələr arasında Türkiyə, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Xorvatiya, Serbiya, Rumıniya, Ermənistan, Şimali Makedoniya, Hollandiya və Almaniya yer alır.
Bundan əlavə, son 24 saat ərzində 35-dən çox ölkədə Spotify istifadəçiləri də problemlərlə üzləşib. İstifadəçilər tətbiqin açılmaması, musiqi siyahılarının yüklənməməsi və ya mahnıların səsləndirilməməsi kimi çətinliklərdən şikayət ediblər. Bu kəsintinin səbəbinin Spotify-ın Google bulud xidmətlərindən istifadə etməsi olduğu ehtimal edilir.