Az | EN

GTA 6 görüntülərinin sızdırılmasında şübhəli bilinən 17 yaşlı xakker həbs edilib

Bənövşə Kazımova
24 Sentyabr 2022 13:17
544 baxış
GTA 6 görüntülərinin sızdırılmasında şübhəli bilinən 17 yaşlı xakker həbs edilib

Britaniya polisi oyun tarixinin ən böyük sızıntılarından birini həyata keçirdiyi düşünülən 17 yaşlı xakkeri tapmağa müvəffəq olub. 17 yaşlı gənc Britaniya polisi tərəfindən saxlanılıb. Gənc oğlan Grand Theft Auto 6-nın aid olduğu Rockstar Games və Uber şirkətlərinə kiber-hücum etməkdə şübhəli bilinir.

Həmin şəxsin hələ də həbsdə olduğu və işin Böyük Britaniyanın kibercinayətkarlıq üzrə ixtisaslaşmış Milli Cinayət Agentliyi tərəfindən aparıldığı bildirilir. Həmçinin xakkerin bu ilin əvvəlində Microsoft, Samsung və Nvidia-ya hücumları ilə məşhur olan Lapsus$ qrupu ilə də əlaqəsinin ola biləcəyi ehtimal edilir.

Ötən həftə internetdə inkişaf mərhələsində olan GTA 6-nın bir sıra görüntüləri sızdırılmışdı. Amma bu görüntülərin dərc olunduğu forumun sahibi görüntülərin İngiltərədə fəaliyyət göstərən “Lapsus$” xakker qrupu tərəfindən sızdırıldığı iddia edirdi.

© copyright 2022 | tech.az | info@tech.az