Az | EN

Gucci bir çox kriptovalyutanı öz mağazalarında qəbul edəcəyini açıqlayıb

Bənövşə Kazımova
06 May 2022 13:30
219 baxış
Gucci bir çox kriptovalyutanı öz mağazalarında qəbul edəcəyini açıqlayıb

Fərqli sektorlardan olan bir çox şirkətlər valyutaların gələcəyi kimi görülən bu rəqəmsal valyutalara investisiyalarını artırmağa çalışır. İndi isə bu mövzuda yeni bir addım İtaliyanın moda şirkəti Gucci-dən gəlib. Gucci kriptovalyuta sahsində çox populyar olan Bitcoin və Dogecoind da daxil olmaqla, bir çox kriptovalyutanı ödəniş üsulu kimi qəbul etməyə başlamaq qərarına gəlib. Əldə olunan məlumatlara görə, Gucci dünyanın ən məşhur kriptovalyutaları da daxil olmaqla, 10 kriptovalyutanı ödəniş üsulu kimi qəbul etməyə başlayacaq. Hələlik ABŞ-ın bəzi bölgələrində yerləşən mağazalarda keçərli olduğu bildirilən bu layihədə Bitcoin, Shiba Inu, Bitcoin Cash, Ethereum, Wrapped Bitcoin və digər 5 kriptovalyutanın olacağı bildirilir. Bundan əlavə, bütün dünyada çox məşhur olan və zarafat üçün yaradılan Dogecoin-in də ödəniş üsulları arasında olacağı bildirilib.

© copyright 2022 | tech.az | info@tech.az