Az | EN

HBO sənədli filmi Satoşi Nakamoto-nun kimliyini açıqlaya bilər

Cəmil Hüseynzadə
03 Oktyabr 2024 23:41
607 baxış
HBO sənədli filmi Satoşi Nakamoto-nun kimliyini açıqlaya bilər

HBO-nun yeni sənədli filmi Bitcoin-in anonim yaradıcısı Satoşi Nakamoto-nun kimliyini ortaya çıxardığını iddia edir. Əgər bu iddia geniş qəbul olunarsa, dünya maliyyə bazarlarında və ABŞ-da prezident seçkiləri ərəfəsində ciddi təsirlər yarada bilər. Respublikaçı namizəd Donald Tramp Bitcoin tərəfdarlarının dəstəyini cəlb etməyə çalışıb və bu açıqlama ona təsir göstərə bilər.

Emmy mükafatına namizəd Cullen Hoback tərəfindən hazırlanmış bu sənədli film "Q: Into the Storm" adlı QAnon konspirasiya nəzəriyyəsini araşdıran seriyanın ardınca yayımlanır. Satoshi Nakamoto-nun kimliyinin açılması isə böyük suallar doğurur. Nakamoto-nun təxminən 1.1 milyon Bitcoin-i idarə etdiyi güman edilir ki, bu da onun sərvətini indiki məzənnə ilə 66 milyard dollara çatdıra bilər.

Satoshi ilə əlaqəli olduğu iddia edilən bəzi Bitcoin cüzdanları son günlərdə aktivləşib. Bitcoin-in yaranma dövründən bəri istifadə edilməmiş cüzdanlardan 250 Bitcoin çıxarılıb ki, bu da təxminən 15 milyon dollar dəyərindədir.

Satoshi Nakamoto-nun kimliyi ilə bağlı müxtəlif iddialar olsa da, Bitcoin icması Nakamoto-nun gizli qalmasının vacibliyini müdafiə edir. Nakamoto-nun kim olduğunu sübut edən heç bir qəti dəlil təqdim edilmədikcə, bu məsələnin spekulyasiya olaraq qalacağı bildirilir.

© copyright 2022 | tech.az | info@tech.az