Az | EN

Hindistan da kosmosa insan göndərib

Cəmil Hüseynzadə
23 Oktyabr 2023 11:31
337 baxış
Hindistan da kosmosa insan göndərib

Hindistan özünün “Qaqanyaan” adlı insanlı kosmik proqramı çərçivəsində ilk raket buraxılışını uğurla həyata keçirib .

Bu barədə X-də Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb. İlkin olaraq raketin yerli vaxtla saat 8:00-da buraxılması planlaşdırılırdı, lakin buraxılış yarım saata təxirə salınıb.
ISRO sınaq buraxılışının uğurlu olduğunu elan edib. Komanda modulunun, qoruyucu korpusun, reaktiv daşıyıcıya kapsulun quraşdırılması üçün adapterin və ekipajın fövqəladə xilasetmə sisteminin bu sınaqları bu məqsədə doğru atılan ən mühüm addımdır. Hindistanın gələn il müstəqil olaraq üç astronavtı aşağı Yer orbitinə göndərəcəyi gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az