Az | EN

Hublot saat markası kriptovalyuta ödənişlərini qəbul edəcək

Bənövşə Kazımova
22 İyun 2022 13:30
244 baxış
Hublot saat markası kriptovalyuta ödənişlərini qəbul edəcək

Bir çox şirkət kriptovalyutalardan ödəniş üsulu kimi istifadə etməyə başlayıb. İsveçrənin lüks saat istehsalçısı Hublot da artıq kriptovalyuta ilə ödəniş almağa başlayacaq şirkətlər siyahısına qoşulub. 

Hublot BitPay vasitəsilə kriptovalyutaları qəbul edəcəyini açıqlayıb və şirkət kriptovalyutalardan istifadə etməklə onlayn alına bilən 200 yeni saat təqdim edib.

Bu barədə Hublot rəsmisi öz Tvitter hesabında müştərilərin yalnız e-ticarət platformasında onlayn mövcud olan 200 ədəd məhdud buraxılış olan Big Bang Unico Essential Grey saatını yalnız Hublot United States eBoutique-də müəyyən kriptovalyutalardan istifadə edərək BitPay ilə ala biləcəyini qeyd edib. Onu da əlavə edək ki, bu yaxınlarda İsveçrənin lüks saat markası TAG Heuer də müştərilərin NFT-ləri smart saatlarda saat interfeysi kimi istifadə edə biləcəyini bildirmişdi.

© copyright 2022 | tech.az | info@tech.az