Avtomobil sənayesində və xüsusilə elektrikləşdirmədə yeni hədəflərə doğru irəliləyən Hyundai Motor Group indi kosmos tədqiqatlarına başlayıb.
Koreya Astronomiya və Kosmik Elmlər İnstitutu (KASI), Elektronika və Telekommunikasiya Tədqiqat İnstitutu (ETRI) və Koreya Avtomobil Texnologiyaları İnstitutu (KATECH) kimi aerokosmik sektorun tədqiqat mərkəzləri ilə birgə tədqiqat etmək üçün Hyundai müqavilə imzalayıb. Aerokosmik tədqiqatı üçün kəşfiyyatçı robotları hazırlamağa hazırlanır.
Onuda qeyd edək ki, ilk sınaq 2024-cü ilin ikinci yarısında tamamlamağı planlaşdıran qrup, 2027-ci ildə hərəkətlilik ilə bir model yaratmağı hədəfləyir. İnsanların əlçatanlığı və hərəkətlilik təcrübələrinin əhatəsini genişləndirmək istəyən Hyundai kosmosda əldə edəcəyi bütün təcrübələri həyatın bütün sahələrində istifadə etməyi hədəfləyir.