Az | EN

İflas edən FTX "Binance"a 1.8 milyard dollarlıq idda qaldırıb

Cəmil Hüseynzadə
11 Noyabr 2024 18:49
133 baxış
İflas edən FTX "Binance"a 1.8 milyard dollarlıq idda qaldırıb

FTX kriptovalyuta birjası, Binance və onun qurucusu, keçmiş rəhbəri Çanpen Çjaoya qarşı 1,8 milyard dolların geri qaytarılması tələbi ilə məhkəmə iddiası qaldırıb. Bloomberg-ə istinadən verilən məlumata görə, FTX bu məbləğin ədalətsiz yollarla çıxarıldığını iddia edir.

İddia ərizəsinə əsasən, 2021-ci ildə Binance, FTX-dən beynəlxalq bölmənin 20%-i və ABŞ filialının 18,4%-i payını aldı. Bu razılaşma FTX tokenləri və Binance kriptovalyutası ilə ödənilib və həmin dövrdə bu məbləğ 1,76 milyard dollar olaraq dəyərləndirilib.

Lakin FTX-in iddialarına görə, sövdələşmə zamanı ödənişi həyata keçirən Alameda Research maliyyə cəhətdən pis vəziyyətdə olub və əslində bu ödənişi etmək gücündə olmayıb. FTX rəhbərliyi hesab edir ki, bu əməliyyat dələduzluq olub, çünki həm Alameda, həm də FTX əməliyyat başa çatmamışdan əvvəl artıq maliyyə çətinlikləri ilə üzləşmişdilər. 

FTX həmçinin Çanpen Çjaonu Twitter (indiki X) vasitəsilə FTX-in nüfuzunu sarsıtmaq üçün təxribat xarakterli tvitlər paylaşmaqda ittiham edib. Məsələn, Binance qurucusu, FTX-in tokenləri olan FTT-nin satılmasının "risqlərin idarə olunması" üçün edildiyini bildirib. Bu tvit FTX istifadəçiləri arasında ciddi narahatlığa səbəb olub və nəticədə istifadəçilərin vəsaitlərini kütləvi şəkildə geri çəkməsi FTX-in çöküşünü sürətləndirib.

© copyright 2022 | tech.az | info@tech.az