Az | EN

İlon Mask TikTok-u almaqla maraqlanmadığını bildirib

Nigar Sultanli
10 Fevral 2025 12:05
70 baxış
İlon Mask TikTok-u almaqla maraqlanmadığını bildirib

Mask Alman media şirkəti olan Axel Springer-ə aid WELT Group-un təşkil etdiyi tədbirdə onlayn şəkildə iştirak edib. Burada TikTok-un satılması ilə bağlı danışarkən bu sosial media platformasını almaqla maraqlanmadığını vurğulayıb.

ABŞ Prezidenti Donald Trump bir neçə həftə əvvəl Mask-ın TikTok-u almağa razı olduğunu demişdi. Bu açıqlamadan sonra Mask potensial alıcılar arasında adı çəkilən şəxslərdən biri olub. Lakin Mask bu məsələyə açıqlıq gətirərək TikTok-u almaq üçün heç bir təklif etmədiyini deyib. Mask TikTok-u şəxsi olaraq istifadə etmədiyini və onun formatını da bilmədiyini əlavə edib. "TikTok-im olsaydı, nə edəcəyimi belə bilmirəm. TikTok-u almağa heç marağım yoxdur. Şirkət almaq mənim üçün nadir hallarda olur," deyə qeyd edib.

Mask Twitter-i (indiki adıyla X) almağının da qeyri-adi bir şey olduğunu deyib və şirkət almaqdansa sıfırdan bir şey qurmağı daha çox üstün tutduğunu açıqlayıb.

Xatırladaq ki, TikTok Trump-ın prezidentliyə başlamazdan bir gün əvvəl, milli təhlükəsizlik səbəbləri ilə qadağan edilmişdi. Təxminən 12 saat bağlı qalan platforma, 20 yanvarda Trump-ın qərarı ilə yenidən açılıb. Trump TikTok-un ABŞ-da birgə təşəbbüs quracağını və ölkənin TikTok-un yarısına sahib olacağını demişdi. O gündən bəri TikTok üçün təkliflər alınmış və Trump platformanı Mask-a satmağı ümid edirdi.

© copyright 2022 | tech.az | info@tech.az