Az | EN

İlon Mask Twitter-in keçmiş rəhbərləri tərəfindən məhkəməyə verilib

Nail Valiyev
11 Aprel 2023 14:28
322 baxış
İlon Mask Twitter-in keçmiş rəhbərləri tərəfindən məhkəməyə verilib

Ödənişini ala bilməyən keçmiş idarə etmə heyətinin Twitter-i məhkəməyə verdiyi bildirilir.

Son iddiaya görə, Twitter keçmiş rəhbərləri ilə olan müqaviləyə əməl etməyib. Buna görə də sosial şəbəkənin keçmiş rəhbərləri şirkəti 1 milyon dollardan çox ödənişlərini ala bilmədiklərinə görə məhkəməyə verib.

Belə ki, İlon Mask tərəfindən satın alındıqdan sonra Twitter-də "qənaətcillik" siyasəti tətbiq olunur. Mask şirkət işçilərinin təxminən üçdə ikisini işdən çıxarıb. Ofisin kirayəsini belə ödəməyən Twitter rəhbəri hətta ofisdəki bitkiləri də işçilərə satmaq istəyib.

Onu da nəzərinizə çatdıraq ki, sosial media şirkəti məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.

© copyright 2022 | tech.az | info@tech.az