“Bakı Metropoliteni” QSC-nin sədrinə müşavir təyin edilib
Tech.az xəbər verir ki, bu vəzifə İnarə Vəliyevaya həvalə edilib.
İnarə Vəliyeva 2022-ci ilin oktyabr ayından 2025-ci ilin yanvar ayına kimi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri olub. Onun fəaliyyəti dövründə Agentlik yenidən qurulub və bir sıra yerli və beynəlxalq layihələr böyük miqyasda keçirilib.