Türkiyə İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (BTK) cümə səhərindən etibarən məşhur sosial media tətbiqi Instagram-a girişi qadağan edib.
İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəsmi saytında sorğu aparıldıqda saytın bloklandığı bildirilir. Saytda “instagram.com-a İnformasiya Texnologiyaları və Rabitə Qurumunun 02/08/2024-cü il tarixli və 490.05.01.2024.-608983 saylı qərarı ilə giriş bloklanıb” ifadələr daxildir.
Qərarın hansı səbəbdən verildiyi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Digər tərəfdən İranın paytaxtı Tehranda HƏMAS-ın Siyasi Büro rəhbəri İsmayıl Haniyənin İsrail tərəfindən öldürülməsindən sonra İnstaqramın Haniyə ilə bağlı paylaşımları blokladığı iddia edilmiş və Kommunikasiya Direktoru Fəxrəddin Altun da mövzu ilə bağlı açıqlama yaymışdı.
Altun açıqlamasında “İsrail nə qədər fələstinlini öldürsə də, Fələstinin haqq davası tarixdən silinməyəcək. İsrail dövləti məhkəməsiz edamlar, sui-qəsdlər, işğal və soyqırımların icraçısı kimi tarixə düşəcək. İnsanların heç bir səbəb göstərmədən Haniyənin şəhadəti ilə bağlı başsağlığı mesajı göndərməsinə mane olan sosial media platforması Instagram-ı da şiddətlə qınayıram. Bu senzura üçün çox aydın və aşkar bir cəhddir." ifadələrdən istifadə edib.
Giriş blokunun İranda qətlə yetirilən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin ölümü ilə bağlı olub-olmaması ilə bağlı rəsmi açıqlama verilməyib.