Az | EN

Instagram-a Telegram qruplarına bənzər bir funksiya gəlir

Bənövşə Kazımova
17 Fevral 2023 16:57
284 baxış
Instagram-a Telegram qruplarına bənzər bir funksiya gəlir

Mark Zukerberq platformada birtərəfli mesaj göndərməyə imkan verən "Yayım kanalları" funksiyasını təqdim edib. Yeni funksiya hazırda yalnız bir neçə məmun yaradıcısı tərəfindən sınaqdan keçirilir.

Zukerberq bu funksiyanı "Meta Channels" adlı yayım kanalı açaraq təqdim edib. Məzmun istehsalçıları da eyni şəkildə kanal aça, məqalələr, şəkillər və sorğular paylaşa bilərlər. Bu funksiya Telegram-dakı qruplara çox bənzəyir. Fərqi isə ondan ibarətdir ki, bu funksiya ilə izləyicilər kanalda yalnız emoji ilə reaksiya vermək və ya anketlərdə səs vermək imkanına malik olacaqlar. Yalnız məzmun istehsalçısı mesaj yaza biləcək. 

Məlumata görə, məzmun istehsalçıları öz izləyicilərini kanala cəlb etmək üçün isə hekayələr və bağlantılar paylaşa bilər. Onlar kanala izləyici cəlb etmək üçün bütün izləyicilərə birdəfəlik bildiriş göndərəcək. Dəvəti qəbul edən izləyicilər birbaşa kanala qoşula biləcək. Bundan sonra isə istifadəçilər kanaldan çıxa və ya bildirişləri susdura bilərlər.

Bu xüsusiyyət hazırda ABŞ-da müəyyən şəxslər tərəfindən sınaqdan keçirilir. Sosial media fenomeni Hammod On bütün dünyada istifadəçilərdə aktiv olması gözlənilən bu funksiyanı sınayıb və şəkil paylaşıb. Hələlik yalnız Instagram-da olsa da, yaxın günlərdə eyni funksiyanın Facebook və Messenger-də də sınaqdan keçirilməsi planlaşdırılır.

© copyright 2022 | tech.az | info@tech.az