Instagram-ın sahibi Meta şirkətinin Twitter-ə rəqib olacaq mətn əsaslı tətbiqetməni buraxmağı planlaşdırdığı və platformanın iyun ayından etibarən istifadəyə verilə biləcəyi açıqlanıb. Verilən məlumatlara görə şirkət hazırda tətbiqi məşhurlar və blogerlərlə sınaqdan keçirir.
Yeni tətbiq əsasən Instagram-ın infrastrukturundan istifadə edəcək. Instagrama inteqrasiya olunacaq mərkəzləşdirilməmiş platforma Mastodon kimi bəzi digər proqramlarla da uyğunlaşacaq.
Tətbiq üçün hazırlanan demo şəkillərdə tətbiqin adı "Threads" olaraq görünür.
Tətbiq Instagram-dan ayrı olacaq, lakin istifadəçilərə hesablarını əlaqələndirməyə imkan verəcək. Yeni tətbiqin yaxın aylarda istifadəyə veriləcəyi gözlənilir.