Az | EN

Intel-in bəzi mənbə kodları sızdırılıb

Bənövşə Kazımova
11 Oktyabr 2022 14:19
291 baxış
Intel-in bəzi mənbə kodları sızdırılıb

Intel-in bəzi vacib mənbə kodları sızdırılıb. Mövzu ilə bağlı açıqlama verən şirkət 12-ci nəsil Alder Lake prosessorlarının BIOS mənbə kodunun internetə sızdırıdıldığını və nüsxələrinin 4chan və Github kimi saytlarda mövcud olduğunu rəsmi olaraq təsdiqləyib.

Sızdırılan məlumatlar BIOS/UEFI görüntülərinin yaradılması və optimallaşdırılması üçün alətlər və kodlardan ibarət 6 GB-lıq fayldan ibarətdir. Buna baxmayaraq, şirkət internetə sızan məlumatların heç bir təhlükəsizlik probleminə səbəb olmayacağını düşünür. Bundan əlavə, Intel sızmanın necə baş verməsi barədə ətraflı məlumat verməyib. 

Qeyd edək ki, texnologiya şirkətləri son zamanlar bu cür hallarla çox qarşılaşırlar. Hətta NVIDIA da fevral ayında belə bir kiberhücuma məruz qalmışdı. Nəticədə şirkət hücumdan sonra müəyyən seqmentlər üçün bəzi xidmətlərini bağlamalı olmuşdu.

© copyright 2022 | tech.az | info@tech.az